Tədris Cərrahiyyə Klinikasına direktor təyin olundu
Bu barədə ATU-dan məlumat verilib.
Bildirilib ki, bununla bağlı səhiyyə naziri əmr imzalayıb.
Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.
Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.