Türkiyə və Rusiya müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər


Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.


Bu barədə TASS məlumat yayıb.

Tərəflər Ukraynada ərzaq sazişinin həyata keçirilməsi, müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

H.Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədə sülhün və sabitliyin bərpası üçün Ukraynada dərhal atəşkəs əldə edilməsinin zəruriliyi ilə bağlı bəyanatlarını xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu