KOB bütün dünya ölkələrində dövlət dəstəyindən faydalanır - deputat


Yeni qanun layihəsi praktiki olaraq bu sahədə həm dövlət dəstəyinin artırılması, həm də KOB-un bütövlükdə iqtisadiyyatda, eləcə də məşğulluqda, iş yerlərinin yaradılmasında paylarının artırılmasına gətirib çıxaracaq.


Bunu AFN.az-a Milli Məclisdə müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsin şərh edən deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, KOB, xüsusilə mikro sahibkarlar üçün vergi güzəştləri var: "Söhbət sadələşdirilmiş vergi güzəştlərindən gedir. Biz KOB üçün sadələşdirilmiş dövriyyənin artırılması, həmçinin daha çox sektorları əhatə etməsini təklif edirik. Nəticə etibarilə ilə KOB-lar bütün dünya ölkələrində dövlət dəstəyindən faydalanırlar. Azərbaycanda da bu, olduqca vacibdir. İşğaldan azad edilmiş ərazilər üçün yeni vergi güzəştlərinin tətibiqi gözləniləndir. Eyni zamanda KOB üçün ən vacib məqamlardan biri maliyyə resurslarının artırılmasıdır. Bu gün 19 milyard manatdan artıq kredit portfelinin 80 faizindən çoxu Bakı və Abşeronun payına düşür. Təximinən 80 faiz Bakı, digər 3 faiz isə Abşeronun payına düşür. Bakı ətrafı KOB kredit portfelinin 17 faizindən faydalana bilir. Bu, o deməkdir ki, bankların təklif etdiyi kreditin hər 100 manatın yanlız 17 manatı bölgələrdə yaşayan vətəndaşlarımız tərəfindən götürülür. Bölgələrdə vergi güzəştlərinin edilməsi vacibdir ki, KOB-da yeni iş yerlərinin yaradılmasına gətirib çıxarsın".

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu