Güzəştin ləğv edilməsi məsələsinə yenidən baxılsın - Əli Məsimli


Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20%-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb.


Ölkə. Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

"Təklif edirəm ki, monitorinq aparılsın və həmin dəyişikliyə yenidən baxılsın, mikro sahibkarlar üçün güzəştin verilməsi bərpa edilsin. Çünki məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması, ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq", - deputat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu