Türkiyə və Özbəkistan prezidentləri Astanada görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.