Bakıda ticarət obyektindəki yanğın söndürülüb - YENİLƏNİB-2


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.



FHN-dən AFN-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu