Regional Meşə Təsərrüfatı Mərkəzlərində iki milyondan artıq ağac tingləri yetişdirilib


Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində iki milyondan artıq ağac tingləri yetişdirilib.


Bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

O bildirib ki, payız ağac əkinində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunacaq: "Meşə əkinləri zamanı tut ağaclarının da əkilməsi planlaşdırlır. Respublikada “Baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi” məqsədi ilə tut plantasiyalarının salınması üçün ETSN-in tinglik sahələrində yetişdirilən tut tinglərinin müvafiq Rayon İcra Hakimiyyətlərinə verilməsi təmin edilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu