Qəza baş verən ərazidə son vəziyyət - YENİLƏNİB+VİDEO


Fövqəladə Hallar Nazirliyi Kür-Bakı magistral su kəmərindəki qəza fəsadlarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


FHN-in Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.
Ətraflı

***

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Qaradağ rayonu ərazisində Kür-Bakı magistral su kəmərində qəza baş vermiş əraziyə gəlib.


Nazir müavini kəmərdə qəza nəticəsində yaranmış vəziyyətlə tanış olub, hadisənin fəsadlarının aradan qaldırılması üçün lazımı göstərişlər verib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu