Ukrayna İran istehsalı olan PUA-larla mübarizə üçün İsraildən kömək istəyib


Ukrayna İran istehsalı olan dronlarla mübarizə aparmaq üçün İsraildən kömək istəyib.



“Report” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İran PUA-ları ilə mübarizə vacibdir: “Ukraynaya hücum edən İran istehsalı olan pilotsuz uçuş aparatları, ehtimal ki, İsrailə hücum etmək üçün istehsal edilib. İsrail terrorçularla mübarizənin nə olduğunu hamıdan yaxşı bilir. İsraildən bizə hava hücumundan müdafiə sistemləri və müdafiə silahları verməsini xahiş edirik. Onlar terrorçularla mübarizə zamanı çox vacibdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu