Borrell: Aİ Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir.
AFN xəbər verir ki, bunu Aİ-NİN Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə 40-a qədər monitorinq ekspertinin yerləşdirilməsi regionda qeyri-stabil vəziyyətə qarşı inam yaratmaq məqsədi daşıyır.
“Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi əsas məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”, - Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.