Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçilik istəyi çox vacibdir - Toivo Klaar


“Cənubi Qafqazın hər üç ölkəsinin birlikdə işləməsi və sülhə töhfə verməsi çox vacibdir".


AFN.az xəbər verir ki, bunu Avropa İittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçi kimi rolunun vacibliyinə toxunan Klaar ümid etdiyini bildirib ki, gələcəkdə Aİ və Cənubi Qafqazın üç dövləti arasında əməkdaşlıq daha da sıx olacaq. "Gələcəkdə Avropa İttifaqı ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq daha da genişlənəcək və daha da yaxınlaşacaq" - deyə Toivo Klaar qeyd edib.
Aİ-nin xüsusi nümayəndəsinin sözlərinə görə, regionda sülh və sabitlik üçün Gürcüstanın qonşu ölkələr - Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaq istəyi müsbət qarşılanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu