Üç ay əvvəl nişanlanan tələbə intihar etdi


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.



AFN "Qafqazinfo"ya istinadən bildirir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu