Xərçənglə mübarizə aparan Aygün Bəylərin vəziyyəti necədir?


Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb.



AFN xəbər verir ki, bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.

Telefonu A.Bəylərin köməkçisi götürüb və müğənninin səhhətinin yaxşı olduğunu deyib:

"Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu