Aygün Bəylər çox xətrimə dəymişdi, amma istərdim ki, yaşasın - Röya
Röya Ayxan məhkəməlik olduğu və bir neçə gün öncə həyatını itirən Əməkdar artist Aygün Bəylər ilə bağlı ilk dəfə açıqlama verib.
"Xəzər” televiziyasının "İncə səhər” verilişinə danışan xalq artisti Aygün Bəylərin sözlərinin onun xətrinə dəydiyini etiraf edib.
"Mən bu haqda geniş danışmaq istəmirəm. Çünki o adamı yaxından tanımırdım. Amma onun sözləri mənim çox xətrimə dəymişdi. Doğrudan da ona küsmüşdüm. Amma indi başa düşürəm ki, çox az ömrümüz var, bilmirik sabah nə olacaq. Könül qırmayaq. Çox istərdim ki, o yaşasın. Çünki balası var. Amma bir onu deyə bilərəm ki, o ömür boyu yaşayacaq”.//AZXEBER.COM