Rusiya İran dronlarını Xəzər üzərindən daşıyıb? - AÇIQLAMA


Ukrayna Iranla diplomatik münasibətlərə son qoymağı düşünür.


AFN.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ukrayna Rusiyaya pilotsuz uçuş aparatları satan İranın terrora sponsorluq edən dövlət kimi tanınmasını beynəlxalq təşkilatlardan istəyəcək: "Rəsmi Kiyev bu məqsədlə BMT, NATO, ATƏT kimi təşkilatlara müraciət hazırlayır. Tehran hələ də Rusiyaya dron satmadığını və ya nəyinsə əvəzinə vermədiyini bildirir. Halbuki, Ukrayna ordusu həmin dronların qalıqlarını toplamaqla məşğuldur. Rusiya həmin dronları böyük ehtimalla Xəzər üzərindən daşıyıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu