İranın dron qalmaqalı - Tehran Rusiyaya görə yeni sanksiyalarla üzləşdi


Amerika Rusiyaya dron göndərdikləri üçün 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib.



Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bəyanat yayıb.
Bildirilir ki, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsində iştirak edən həmin İran şirkətlərindən birinə sanksiya tətbiq edib.

İdarə həmçinin, Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə görə, o cümlədən Rusiyaya pilotsuz uçuş aparatları, personal və avadanlıqların daşınması üçün uçuşlarda iştirak edən Tehrandakı hava limanı xidmətlərinə sanksiya tətbiq etdiyini açıqlayıb.
Vaşinqtondan bildiriblər ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə öz pilotsuz təyyarələri ilə yanaşı, İran pilotsuz təyyarələrindən də istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi geniş sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyac duyduğu silahları almaq üçün Şimali Koreya və İrana müraciət edib.

“Assoşieyted Press” isə iki həftə öncə xəbər vermişdi ki, Rusiya İrandan Ukraynaya qarşı savaşda istifadə edə biləcək yüzlərlə dron alıb. Amerika rəsmiləri bildirirlər ki, Rusiya təyyarələri bu dronları bir neçə gün ərzində İrandakı hava bazasından Rusiyaya köçürüb.
Bu arada Rusiya rəsmiləri Şimali Koreyadan silah alışına dair xəbərləri təkzib edib.

"Rusiyanın KXDR-dən silah “alması” hekayəsini Qərb mediası uydurur" - deyə CNN telekanalının efirində çıxış edən Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu