Aİ İrana PUA istehsalı üçün istifadə edilə bilən materialların satışını qadağan edib
Avropa İttifaqı PUA-ların istehsalında istifadə oluna biləcək hissələrin İrana ixracını qadağan edib.
Qurumdan verilən açıqlamaya görə, Ukraynadakı müharibədə Rusiyaya verdiyi dəstək çərçivəsində İran üçün yeni məhdudlaşdırıcı tədbir çərçivəsi yaradılıb.
Bu çərçivədə, Aİ ölkələrindən İrana pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə oluna biləcək hər cür hissə və materialların ixracı qadağandır.
Bu, həmçinin İranın dron proqramını dəstəkləyən və ya iştirak edənlərə səyahət qadağaları və aktivlərin dondurulması da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərə yol açıb.
AB, həmçinin, əvvəlki sanksiya rejimləri çərçivəsində Rusiya və Suriya hökumətlərinə hərbi dəstək vermələri səbəbiylə 6 İran vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib.