ABŞ-dan sərəncam - İrana dronlarla bağlı yeni ixrac məhdudiyyəti qoyuldu


ABŞ Ticarət Departamenti 4 sərəncam verib, onlardan biri Rusiyanın İran dronlarından istifadəsinin qarşısını almaq üçün İrana yeni ixrac məhdudiyyətləri qoyur.


Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Amerika ilə yanaşı Britaniya da SEPAH-ın Qüds qüvvələrinin aviasiya sənayesinin beş rəsmisinə sanksiya tətbiq edib.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bu addım İranın istehsal etdiyi dronların Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya təhvil verilməsinə görə atılıb.

Ukrayna Hərbi Hava Qüvvələri: "Keçən ilin sentyabrından indiyədək 650 ədəd Rusiya istehsalı raket və 610 ədəd İran istehsalı dron məhv etmişik".

Onu da qeyd edək ki, Financial Action Task Force (FATF) Şimali Koreya və İranın qrupun qara siyahısında qalacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu