Ermənistan və Hindistan müdafiə nazirləri görüşüb


Ermənistan və Hindistan müdafiə nazirləri görüşüb.



AFN xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan sosial şəbəkədəki hesabında bildirib.

"Hindistana işgüzar səfərim çərçivəsində bu ölkənin müdafiə naziri Şri Rajnat Sinxlə görüşdüm. Biz əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və tərəfdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələlərini müzakirə etdik. Mən həmkarımı Ermənistana rəsmi səfərə dəvət etdim", Ermənistan müdafiə naziri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu