İran və Ermənistan sərhədə ordu yığıb: birgə təxribat hazırlanır? - Vahid Əhmədovun ŞƏRHİ


"Türk Dövlətlər Təşkilatının yaradılması, genişləndirilməsi, digər tərəfdən Zəngəzur dəhlizilə bağlı məsələlər İranı qıcıqlandırır".



Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov İranın sərhədə ordu yığması və təlimlərə başlamasına münasibət bildirərkən deyib.

V. Əhmədov qeyd edib ki, İranın Azərbaycana münasibəti heç vaxt yaxşı olmayıb:

"Xüsusilə 44 günlük Vətən Müharibəsi ərəfəsində İran Ermənistanın yanında oldu və ona hər cür yardımlar etdi. Müharibədən sonra Türk Dövlətləri Təşkilatı yaradıldı və faktiki olaraq İran bu təşkilatın yaradılmasını özünə bir zərbə kimi qəbul etdi. Digər tərəfdən də İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Başa düşür ki, bu dəhlizin açılması bölgədə vəziyyəti dəyişdirəcək, ona görə dəhlizin açılmasını istəmir. Hesab edirəm ki, əsasən, bu iki məsələ İranı qıcıqlandırır".

Millət vəkili vurğulayıb ki, İran və Ermənistan bu təlimləri faktiki olaraq birlikdə həyata keçirir:

"Azərbaycanınapardığı xarici siyasətdə qonşu dövlətlərə həmişə müsbət münasibət olub. Baxmayaraq ki, İran belə addımlar atır, ancaq Azərbaycan bu gün də qonşuluq siyasətini uğurla davam etdirir. Düzdür, İran və Ermənistan sərhədə ordu yığıb, faktiki olaraq bu təlimləri birlikdə həyata keçirirlər. Hətta təlimlərdə Araz çayı üzərində körpünün tutulması məsələsi də var. İran belə bir siyasət aparmaqla faktiki olaraq bizi təhdid edir. Lakin İran Azərbaycana qarşı təxribata əl atsa, heç bir müsbət nəticəyə nail ola bilməz. Birinci, Azərbaycanın Türkiyə ilə çox vacib Şuşa bəyannaməsi var. Bu sənədlə Türkiyə Azərbaycanın təhlükəsizliyinə qarant verir. İkinci, Azərbaycan kifayət qədər inkişaf etmiş, ciddi orduya malik dövlətdir. İna görə də onlar ilk başdan bu yoldan çəkilməlidir. Çünki İranın problemi BƏƏ, Amerika, İsraillədir. Eyni zamanda İranın daxilində ciddi problemlər mövcuddur. Lakin İran daxilindəki problemləri həll etmək əvəzinə istəyir ki, qonşu dövlətlərdə, xüsusilə Azərbaycanda da problem yaratsın. Bu davranışı İrana heç bir başucalığı gətirmir".

Millət vəkili əlavə edib ki, İran bütün bunları edərkən, orada 30 milyon azərbaycanlının yaşadığını unutmamaldır:

"İranda 30 milyon azərbaycanlı var və onlar indi ayağa qalxıb. Ərdəbil, Təbriz hamsı azərbaycanlılardır. İran başa düşməlidir ki, sabah onun dağılma prosesi gedə bilər. Əlbəttə, qonşu dövlətdir və biz istəmirik ki, orada problem yaransın. Təəssüf ki, problemi İran özü yaradır və özü də problemi həll etməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu