Bakıda fəhlə dəzgahın bunkerinə düşüb öldü


Oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


AFN.az rayon prokurorluğuna istinadən xəbər verir ki, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılıb. Nəticədə o, almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu