Bakıda parkda gənc qız huşsuz vəziyyətdə tapıldı


Bakının Səbail rayonunda huşsuz vəziyyətdə qız tapılıb.



AFN lent.az-a istinadən xəbər verir ki, hadisə Molokan bağı kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Aslanova Aytən Namiq qızı yüksək dozada narkotik vasitə qəbul etdiyindən komatoz vəziyyətə düşüb.

O, Kliniki Tibbi Mərkəzə komatoz vəziyyətdə yerləşdirilib.

Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra xəstənin həyatı üçün təhlükə qalmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu