Avtobusda telefonla danışan sürücünü VİDEOya çəkdilər
Bakıda avtobus sürücüsü sükan arxasında telefonla danışıb. Yəni iş başında, sərnişin daşıyarkən bu qayda pozuntusuna yol verib. Bununla o, eyni anda bir neçə sərnişinin həyatını təhlükəyə atıb.
Sərnişin daşıyan marşrut avtobusunun sürücüsü telefonla danışır.
AFN Xəzər Xəbər-ə istinadən xəbər verir ki, o, digər avtobus sürücüsü ilə intervalı müzakirə edir.
Bu görüntülər paytaxtda metronun "Həzi Aslanov" stansiyasından, Yeni Suraxanıya sərnişin daşıyan 104 saylı avtobusda sərnişinlərdən biri tərəfindən lentə alınıb. ''Xəzər Xəbər''in votsapp nömrəsinə göndərilən videoda, sürücünün həm də siqaret çəkdiyi aydın görünür.
Sərnişinlərin həyatlarını risk altına atan sürücünün bu hərəkəti birmənalı qarşılanmayıb. Elə onun həmkarları da bu hərəkəti qınayıblar.
Məsələ ilə bağlı həmin marşrut xəttinin avtodəstə rəisi Ramiz Şəkərovla əlaqə saxladıq. O bildirdi ki, videomaterialdan məlumatlıdırlar. Yaxın günlərdə həmin sürücü haqqında cəza tədbiri görüləcək.
Ramiz Şəkərov onu da bildirdi ki, əgər növbəti dəfə bu hərəkət təkrarlansa, sürücü ilə bağlanan əmək müqaviləsinə xitam da verilə bilər.
Həmin görüntülərlə bağlı videomaterialı izləyək: