Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb


Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həlak olub.

"AFN.az"ın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində minik avtomobili Şəhidlər xiyabanının giriş qapısına çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtomobildə iki nəfər olub. Hər iki şəxs ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.

Ölənlərdən birinin Həsən Mirzəyev adlı şəxs olduğu deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu