Rusiya XİN Azərbaycan-Ermənistan normallaşmasına dair təklifləri açıqlamaqdan imtina edib


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı rəsmi Moskva tərəfindən irəli sürülən təklifləri açıqlamaqdan imtina edib.


APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan “Ermənistan Baş naziri ölkəsinin Azərbaycanla dövlətlərarası münasibətləri Rusiyanın təklif etdiyi prinsipləri əsasında qurmağa hazır olduğunu bəyan edib. Söhbət konkret hansı prinsiplərdən gedir?” sualına cavabında diqqəti Prezident Putinin “Müzakirələr davam edəcək. Hər iki tərəf üçün olduqca həssas olan məsələnin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab etmirik. Ona görə ki, bu, sadəcə olaraq danışıqlar prosesinə maneə ola bilər” sözlərinə yönəldib.

“Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizin prezidentinin sözləridir”, - Zaxarova qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu