"Vasmoy"un alverçisi özünü asdı


Tovuz rayon sakini Bakıda kirayə qaldığı evdə intihar edib.



AFN report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Röyal Yaşar oğlu kirayədə yaşadığı evin mətbəx otağında qaz borusuna keçirilmiş iplə boğazından asaraq özünü öldürüb.

Həmin şəxsin "8 km bazarı"nda meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilib.

Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu