Vahan Unanyan: "İrəvanla Tehran arasında əksər məsələlərdə fikir ayrılığı yoxdur"


İrəvan və Tehran əksər məsələlərdə fikir ayrılığına düşmürlər.



AFN.az erməni agentliklərinə istinadən xəbər verir ki, bunu İran mediasına müsahibəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan söyləyib.

Erməni diplomat Ermənistanın İranla heç bir anlaşılmazlığı olmadığını əminliklə ifadə edib.

Unanayn Ermənistan və İran arasında çox uzun tarixi əlaqələrin olduğunu və bu münasibətlərin təkcə hökumətlərlə məhdudlaşmadığını söyləyib.

O, İranı Ermənistanın əsas tərəfdaşı adlandıraraq, əməkdaşlığın bütün sahələrdə möhkəmlənməsinə nail olacaqlarını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu