"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq


"Qarabağ" ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.



AFN "report"a istinadən xəbər verir ki, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.

Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.

Qeyd edək ki, "Qarabağ" 2021/2022 mövsümündə də eyni turnirin pley-offunda iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu