Polis Humay Qədimovanın müraciətini nəzarətə götürdü

Tarzən Humay Qədimovanın Daxili İşlər Nazirliyinə etdiyi videomüraciət nəzarətə götürülüb.
Bu barədə tarzən öz instaqram hesabında məlumat verib. O əlavə edib ki, polis tərəfindən iş nəzarətə götürülərək araşdırılır.
Qeyd edək ki, H.Qədimova müraciətində sürücüsünün Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən qanunsuz olaraq saxlanıldğını bildirib. Tarzənin sözlərinə görə, sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib.
Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib.