Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən açıqlama




Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Quşencə kəndinin polis tərəfindən nəzarətə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.



DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı rayonunun Quşencə kəndinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qurulmayıb:

"Sadəcə koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərlə profilaktik söhbətlər aparılıb”.

"Vətəndaşlara sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi haqqında bəhs olunub, həmçinin tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb”, - deyə DİN rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu