"Qarabağ" təxirə salınmış oyunda qələbə qazanıb


Futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.


"Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 2:0.

Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Digər qolu isə 37-ci dəqiqədə Kvabena Ovusu vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu