Türkiyə lideri: "Putinlə bir-birimizə inanırıq"


"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".



"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: "Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk".

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu