Türkiyədə bir evdən 5 Əfqanıstan vətəndaşının meyiti tapıldı

Türkiyənin Ankara şəhərinin Altındağ səmtində evdə 5 Əfqanıstan vətəndaşının meyiti aşkarlanıb.
Türkiyə KİV-i xəbər verir ki, onların bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.
Ankara Valiliyi hadisə ilə bağlı açıqlama verib:
“Altındağ məhəlləsindəki bir yaşayış binasında baş verən və 5 xarici vətəndaşın ölümü ilə nəticələnən kədərli hadisə Respublika Prokurorlarımızın nəzarəti altında bütün ölçüləri ilə araşdırılır”.