Xurma bağında boğazı kəsilmiş kişi meyiti tapılıb


Türkiyənin Adana bölgəsində xurma bağında boğazı kəsilmiş kişi cəsədi tapılıb.


AFN.az Türkiyə mediaslna istinadən xəbər verir ki, hadisəni törədənin tapılması üçün polis tərəfindən əməliyyat başladılıb.

Əldə edilən məlumata görə, hadisə saat 09:30 radələrində Yüreğir rayonu Haydaroğlu məhəlləsi 328 küçəsində yerləşən xurma bağında baş verib. Ərazidə gəzən şəxs kolların arasında hərəkətsiz uzanan birini görüb polisə xəbər verib. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Həkimlərin nəzarəti altında aparılan yoxlama zamanı həmin şəxsin boğazının kəsildiyi və döş qəfəsindən bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.

Polis cəsədin ağ əşya təmirçisi Emrah Baysala (37) aid olduğunu müəyyənləşdirib. Baysalın meyiti Ədliyyə Tibb Təşkilatının morquna aparılıb. Polis bölgədəki təhlükəsizlik kameralarını araşdıraraq qətldə şübhəli olan şəxsin və ya şəxslərin tutulması üçün əməliyyata başlayıb. Emrah Baysalın cənazəsi yarılmadan sonra torpağa tapşırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu