Ukrayna hərbçiləri Belarusla sərhədi minalayır
Ukrayna hərbçiləri Belarusla sərhəd əraziləri minalayır.
Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.
O da bildirilib ki, sərhədə yaxın ərazilərdə yerləşən infrastruktur obyektləri və yollar dağıdılır, hətta sərhədyanı yaşıllıq zonaları da minalanır.
Xatırladaq ki, oktyabrın əvvəlində Belarus Dövlət Sərhəd Komitəsinin katibi Anatoliy Lappo Ukrayna tərəfinin Belarusla dövlət sərhədində müdafiə xəttini möhkəmləndirdiyini demişdi : “Müdafiə xəttini möhkəmləndirmək məqsədilə sərhəddə yerləşən körpülər partladılır, yollar minalanır”.