İranda 400 zavod yerləşən sənaye şəhərciyi yanır


İranda sənaye şəhərciyində yanğın baş verib.


İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.

İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.

Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu