Putin Ərdoğana başsağlığı verib


Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.



AFN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu