Türkiyənin XİN başçısı azərbaycanlı həmkarına təşəkkür edib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı vermiş azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.



AFN xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu