Süleyman Soyludan SƏRT açıqlama: "Cavabımız ağır olacaq..."
“Hadisənin haradan və necə koordinasiya edildiyini bilirik. Biz bizə verilən mesajı bilirik. Bizə verilən mesajı aldıq"
AFN Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktının baş verdiyi İstiqlal küçəsində jurnalistlərə açıqlamasında bildirib.
S.Soylu əlavə edib ki, Türkiyə ABŞ səfirliyinin başsağlığını qəbul etmir: “Biz heç kimin düşməni deyilik, kimsənin torpağında gözümüz yoxdur, heç kimə də xainlik etmirik. Amma bu xainliyə də göz yumacaq gücümüzün qalmadığını da bildirmək istəyirəm”.
"Aldğımız mesaja çox güclü mesaj verəcəyik. Həm də güclü mesaj”,-deyə Soylu əlavə edib.