Bakı metrosunda elektrik problemi qatarların hərəkətini gecikdirib
“İstanbuldakı terror aktına çox sərt cavab verəcəyik”.
AFN xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kəşfiyyat məlumatlarına əsasən məlum olub ki, terror aktını sifariş edən şəxslər terroçu Ahlam Albashırı öldürməyi planlaşdırırmış: "Amma biz onu ələ keçirməyi bacardıq. Son 6 ildir İstanbulda belə hadisə baş verməmişdi".
S.Soylu söyləyib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Daxili işlər nazirinin sözlərinə görə, Ahlam Albashırın öldürülməsi ilə bağlı əmr verən şəxs də saxlanılıb: “Bəlkə də, terrorçular məyus olacaq. Amma deməliyəm ki, daha bir neçə əməliyyat nəzərdə tutumuşuq. Əməliyyatlarımız davam edəcək”.