Dünya bazarında neft ucuzlaşıb
![](/uploads/posts/2022-11/1668493204_c2e491d9-1c6d-3e97-b4f3-bc6fbe30eb5f_8501.jpg)
Dünya bazarında neftin qiyməti Çində xammala tələbat perspektivləri ilə bağlı narahatlıqlar fonunda bir qədər düşüb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,29 % ucuzlaşaraq 1 bareli 92,87 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,59 % düşüb və 1 bareli 85,36 ABŞ dolları təşkil edib.
Açıqlanan məlumatlara görə, oktyabr ayında Çində sənaye istehsalının həcmi illik ifadədə 5 % artsa da, bu, proqnozlaşdırılan 5,2 %-dən azdır.
Çin neftin ən böyük idxalçılarından və istehlakçılarından biri olduğuna görə bu statistika “qara qızıl”a tələbat perspektivlərinə təsirsiz ötüşməyib.
İnvestorlar OPEC-in ötən gün dərc olunan aylıq hesabatının məlumatlarını da qiymətləndirməyə davam edirlər. Təşkilat xüsusilə cari il üçün dünya neft tələbatının artımı ilə bağlı proqnozunu gündəlik 0,1 mily