Azərbaycanda birgə yaşadığı qadını baltalayan şəxs tutulub - YENİLƏNİB
Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.
AFN xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.
O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.
Ş,Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
*** 09:48
Cəlilabad sakini arvadını baltalayıb.
AFN apa-ya istinadən xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.