Cəlilabadda dava olub, 41 yaşlı kişi bıçaqlanıb


Cəlilabadda bıçaqlanma olub.



AFN Trend-ə istinadən bildirir ki, hadisə rayonun Cəlayır kəndində baş verib.

Kənd sakini, 1981-cio il təvəllüdlü Ramil Aslanov həmkəndlisi, 1981-ci il təvəllüdlü Rahib Aslanlı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ramil Aslanov Rahib Aslanlını bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb, Ramil Aslanov şübhəli şəxs qismində saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu