Arvadı ilə mübahisə edən kişi özünü yandırdı


Gəncədə həyat yoldaşı ilə mübahisə edən şəxs özünü yandırıb.



AFN.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 30 yaşlı şəhər sakini Taleh Bayramov həyat yoldaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Daha sonra o, üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin təxminən 50 faizi yanıb. T.Bayramov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu