Xaçmazda 39 yaşlı kişi özünü YANDIRDI

Xaçmazda intihara cəhd olub.
AFN Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.
Kənd sakini, 39 yaşlı Bəxtiyar Mahmudov yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb.
Bunu görən həyat yoldaşı çətinliklə də olsa, son anda onu söndürməyə nail olub.
B.Mahmudov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.