Xaçmazda qazi intihara cəhd edib


Xaçmazda Vətən Müharibəsi iştirakçısı intihara cəhd edib.


Hadisə rayonun Müzəffəroba kəndində yaşanıb. Kənd sakini 1993-cü il təvəllüdlü Yusif Əsədullayev özünü yaşadığı evdə asaraq intihara cəhd edib. Hadisədən xəbər tutan ailə üzvləri son anda onun həyatını xilas ediblər.

Qeyd edək ki, Y.Əsədullayevin II Qarabağ Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi döyüşdüyü bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu