ATU-da 2-ci Türkiyə-Azərbaycan HPB Cərrahiyyəsi konfransı keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) 2-ci Türkiyə-Azərbaycan HPB Cərrahiyyəsi konfransı keçirilib. Azərbaycan Tibb Universiteti və Türk HPB Cərrahiyəsi Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Pankresın neoplastik kistlərinə müasir yanaşma” mövzusuna həsr edilib.
AFN.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun Elmi işlər özrə prorektoru, dosent Rauf Bəylərov qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi səhiyyə və təhsil istiqamətində də irimiqyaslı layihələrin icra edildiyini bildirib və bu tədbirin ikitərəfli əlaqələrə bir töhfə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda ATU-nun beynəlxalq əlaqələrində ilk yerdə Türkiyənin universitetləri və tibb müəssisələri ilə əməkdaşlığın olması təsadüfi deyil. Türkiyənin 30-dan çox universiteti ilə qarşılıqlı əməkdaşlığa dair memorandumu mövcuddur ki, bu işbirliyi çərçivəsində müştərək elmi işlər aparılır, mütəxəssisləri və tələbələrin mübadiləsi həyata keçirilir. Prorektor R.Bəylərov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov tədbirin mövzusunun müasir tibb üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, hepato-pankreato-biliar cərrahiyyənin ümumi cərrahiyyənin çox mürəkkəb və eyni zamanda sürətlə inkişaf edən sahələrindən biri olduğunu qeyd edib. Tibbi texnologiyalar təkmilləşdikcə hər bir sahədə olduğu kimi bu sahədə patalogiyaların aşkarlanması artıb, müvafiq olaraq, diaqnostik və müalicə tədbirləri də genişləndiyini bildirib. Nazir müavini N.Zeynalov praktik və fikir mübadiləsi aparılması, müzakirələrin təşkili baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb.
Azərbaycan Tibb Universitenin I Cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov Azərbaycan və Türkiyə arasında hərtərəfli münasibətlərin təhsil sahəsinə də güclü sirayət etdiyini bildirib. Türk HPB Cərrahiyyə Dərnəyi ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrası arasında çox sıx və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən natiq indiyədək bir çox ortaq layihələrə imza atdıqlarını xatırladıb. N.Bayramov bu işlərin davamlı olacağına və cari konfransdan da həmin əməkdaşlığa ciddi töhfə olacağına ümid etdiyini bildirib.
Türk HPB Cərrahiyyə Dərnəyinin rəhbəri Mustafa Kerem da Azərbaycanda görülən işlər barədə danışıb. Ölkəmizdə açılan HPB mərkəzində türkiyəli mütəxəssislər tərəfindən hepato-pankreato-biliar cərrahiyyəsi əsasları öyrədən təhsil platformasıdır. Mərkəzin əsas məqsədi ümumi cərrahiyyə üzrə təhsil alan və ya artıq təhsil almış tibb işçilərinin HPB cərrahiyyəsinin fəlsəfəsini qavramasına yardımçı olmaq, bu sahəyə marağı olan cərrahlara kömək etməkdən ibarətdir.
Rəsmi çıxışlardan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.