Məşhur aparıcıda xərçəng aşkarlandı
Məşhur türkiyəli aparıcı-prodüser Armağan Çağlayan xərçəng xəstəliyinə tutulub.
AFN axşam.az-a istinadən xəbər verir ki, bu barədə Çağlayan sosial şəbəkədə məlumat verib:
"Sizinlə şəxsi bir məsələni bölüşmək istəyirəm. Yaxın günlərdə həkim müayinəsindən keçərkən ağciyərimdə problem aşkarlandı və xərçəng olduğum üzə çıxdı. Gələn həftənin sonundan müalicəyə başlayacam".