Dövlətin pulları "qarda əriyir" - "Şahdağ"da əldonduran qiymətlər...


“Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən. Hamısı havayı neft pullarının fəsadlarıdır”.


AFN.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Samir Əliyev çıxış edib. Ekspert qeyd edib ki, 2023-cü ildə dövlət büdcəsindən Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat ayrılacaq: “Məlumat üçün bildirim ki, 2007-2015-ci illərdə bu Kompleksin infrastrukturunun tikintisinə 1.1 milyard manat məbləğində vəsait xərclənib. Bundan başqa 2017-ci ildən başlayaraq adıçəkilən kompleksin xərclərinin bir hissəsinin örtülməsi üçün hər il təxminən 12 milyon manat ayrılır. 2023-cü il də daxil olmaqla bu məqsəd üçün indiyədək 90 milyon manat xərclənib”.

Qeyd edək ki, Şahdağ otelində bir gün gecələmənin aşağı qiyməti 125 manatdır.

Burda təkcə uşaqların kvadrotsikl turları (10 dəqiqə) 10 manatdır.

Bu təkcə bir-iki xidmət üzrə qiymətlərdir.

Bəs, bu milyonlar hara gedir?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu