Yunanıstan XİN: "Bu çətin anda Türkiyə xalqı və hökuməti ilə həmrəyik"


"Bu çətin anda Türkiyə xalqı və hökuməti ilə həmrəyik".



AFN xəbər verir ki, bunu Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən zəlzələ ilə bağlı "Twitter"də paylaşımında bildirib.

"Düşüncələrimiz Türkiyənin şimal-qərbində yerləşən Düzce vilayətində baş verən zəlzələdən zərər çəkən hər kəslədir. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin zamanda Türkiyə xalqı və hökuməti ilə həmrəyik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə çatıb, onlardan birinin vəziyyəti ağırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu